İspaniya La Liqasının adı və loqosu dəyişdirildibackend

İspaniya La Liqasının adı və loqosu dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya La Liqasının adı və loqosu dəyişdirilib.

NOCOMMENT.az Marca-ya istinadla xəbər verr ki, bu, sponsor dəyişikliyindən sonra baş verib. La Liqa rəhbərliyi “EA Sports” şirkəti ilə müqavilə imzalayıb. Beləliklə, bundan sonra İspaniya yüksək liqası əvvəlki kimi “La Liga Santander” deyil, “La Liga EA Sports” adlanacaq.

“EA Sports” şirkəti ilə imzalanan beş illik müqavilə hər mövsüm La Liqaya 30 milyon avro qazandıracaq.