Möhtəşəm qol duelində qalib “BARCELONA”backend

Möhtəşəm qol duelində qalib “BARCELONA”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya “La Liqa”sının 3-cü həftəsində “Barselona” səfərdə “Villarreal” ilə qarşı-qarşıya gəlib. 

NOCOMMENT.az xəbər verir ki, qarşılaşma qol yağışı baş tutub.

Həyəcanlı keçən matçın ilk 15 dəqiqəsində 2-0 önə keçən “Barselona”ya cavab verən “Villarreal” ilk yarını 2-2 bərabərliklə bağlayıb.

İkinci hissədə “Villareal” hesabı 3-2 xeyrinə çevirsə də, bu üstünlüyünü qoruya bilməyib.

Üç dəqiqə ərzində ardıcıl qollar vuran “Barselona” meydanda 4-3 hesabı ilə qalib gəlib.

Qarşılaşmada “Barselona”nın qollarını Qavi (12 dəqiqə), Frenki De Yonq (15), Ferran Torres (68), Robert Levandovski (71) vurub.  “Villarreal”da isə  Xuan Foyt (26), Aleksandr Sorlot (40), Alejandro Baena (50) fərqlənib.

Bu nəticə ilə “Barselona” İspaniya “La Liqa”sında 7 xalla 3-cü pilləyə yüksəlib, “Villarreal” isə 3 xalla 13-cü pillədə qalıb.