İsrail aviasiyası Xan Yunis bölgəsinə hava zərbəsi endiribbackend

İsrail aviasiyası Xan Yunis bölgəsinə hava zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələri (IDF) dekabrın 1-də Moskva vaxtı ilə saat 7:00-dan sonra HƏMAS-ın Qəzza zolağında 200-dən çox hədəfi vurduğunu bildirib. Bu barədə IDF Telegram kanalında məlumat verilib.

“HƏMAS humanitar fasiləni pozduqdan sonra son bir neçə saat ərzində quru, hava və dəniz qüvvələri Qəzza zolağının şimalında və cənubunda Xan Yunis və Rəfah da daxil olmaqla terrorçuların hədəflərinə zərbələr endirib”, – nazirlik bildirib.

İDF-nin məlumatına görə, zərbələr minalanmış əraziləri, terrorçuların tunel şaxtalarını, raket buraxılış məntəqələrini və Həmas komandanlıq məntəqələrini hədəf alıb.

Bundan əvvəl İsrailin şimalında hava hücumu sirenləri səslənib.