İsrail BMT məhkəməsindən Qəzzada mümkün soyqırım iddiasına baxmamağı xahiş edibbackend

İsrail BMT məhkəməsindən Qəzzada mümkün soyqırım iddiasına baxmamağı xahiş edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Beynəlxalq Ədalət Məhkəməsindən Cənubi Afrikanın Soyqırım Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması üzrə Konvensiyanın pozulması ilə bağlı qaldırdığı iddiaya baxmaqdan imtina etməyi xahiş edir.

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu yəhudi dövlətini təmsil edən vəkil Gilad Noy dinləmədə deyib.

Təqdim olunan arqumentləri nəzərə alaraq, İsrail BMT məhkəməsindən “iddiaçı tərəfindən irəli sürülən qabaqlayıcı tədbirlər tələbindən imtina etməyi” və “işin baxılmadan geri çəkilməsini” xahiş edib.

Vəkil qeyd edib ki, söhbət hər iki tərəfdən mülki əhali üçün faciəvi nəticələrə səbəb olan genişmiqyaslı silahlı münaqişədən gedir.