İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edibbackend

İsrail BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin BMT-dəki (BMT) daimi nümayəndəsi Giland Erdan İranın hücumundan sonra BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin təşkilatdakı daimi nümayəndəsinin Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi məktubda bildirilib.

Məktubda o, İranın hücumlarının şiddəti və miqyasının misli görünməmiş olduğunu və İsrailin suverenliyini, beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu vurğulayıb.

Erdan Qüdsün İranı ciddi pozuntulara görə qınamaq və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsi istiqamətində addımlar atmaq üçün təcili olaraq Təhlükəsizlik Şurasının iclasının çağırılması tələbini təkrarlayıb.

Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş İranın İsrailə hücumunu pisləyib və hərbi əməliyyatları dərhal dayandırmağa çağırıb.