İsrail Dəməşq yaxınlığındakı əraziləri raketlərlə vurub – İDDİAbackend

İsrail Dəməşq yaxınlığındakı əraziləri raketlərlə vurub – İDDİA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın dövlət xəbər agentliyi SANA-nın məlumatına görə, Suriyanın paytaxtı Dəməşqin kənarındakı bir ərazi İsrail ordusunun raket hücumuna məruz qalıb. İddia edilən hücum bu bu gün səhər saatlarında baş verib.

NOCOMMENT.az xarici KİV-ə istinadən xəbər verir ki, hələlik raket hücumu nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.

Bir neçə raketin İsrail ərazisindən buraxıldığı və Dəməşqin kənarında yerləşən Zəkiyyə şəhəri yaxınlığındakı əraziyə düşdüyü bildirilir.

Agentliyin məlumatına görə, hücum “müəyyən maddi itkilərlə” nəticələnib.
Sfera