İsrail əsgərləri İordan çayının qərbində biri uşaq olmaqla 2 fələstinlini öldürübbackend

İsrail əsgərləri İordan çayının qərbində biri uşaq olmaqla 2 fələstinlini öldürüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail əsgərlərinin işğal altındakı İordan çayının qərb sahilində açdığı atəş nəticəsində biri uşaq olmaqla iki fələstinli həlak olub.

NOCOMMENT.az xəbər verir ki, mövzu ilə bağlı Fələstin Səhiyyə Nazirliyindən yazılı açıqlama verilib.

Açıqlamada İordan çayının qərb sahilindəki Hebron şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində 17 yaşlı Əhməd Yağı və 31 yaşlı İbrahim əl-Titinin həlak olub.

İsrail qüvvələrinin və Şərqi Qüdsdəki yəhudilərin hücumları nəticəsində həlak olan fələstinlilərin sayı isə 305-ə yüksəlib.