İsrail heç bir məqsədinə nail olmayıb – Hizbullahbackend

İsrail heç bir məqsədinə nail olmayıb – Hizbullah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hizbullah lideri Seyid Həsən Nəsrullah, İsrailin müharibədə HƏMAS-ı məğlub etmək də daxil olmaqla heç bir məqsədinə nail ola bilmədiyni deyib.

NOCOMMENT.az xəbər veirr ki, o, həmçinin Birləşmiş Ştatlar prezidenti Co Baydeni Qəzzadakı müharibəni dayandırmadığına görə tənqid edib:

“Bu gün, müharibənin altıncı ayın da İsrailin baş naziri Benyamin Netanyahu deyir ki, Rəfaha getməsək, müharibəni uduzmuşuq. Mən ona deyirəm ki, Rəfaha getsən də, müharibəni uduzmusan. Çünki altı aylıq döyüşdən sonra elan etdiyi bütün hədəflərdən zəfər səhnəsi və görüntüsünü təmin edə bilmədi. Kim inanır ki, BŞ prezidenti Co Bayden Qəzzaya qarşı müharibəni dayandıra bilməz? Mən Baydenin Qəzzaya qarşı müharibəni dayandıra bilməyəcəyinə inanmıram”.

Qeyd edək ki, Qəzzada İsrail-HƏMAS müharibəsinin başlamasından sonra Hizbullah Livanın İsraillə cənub cəbhəsindən hücumlar təşkil edir. Hizbullah rəsmiləri İsrailin Qəzzaya hücumu başa çatdıqdan sonra İsrail hərbi postlarına hücumları dayandıracaqlarını bildiriblər.