İsrail hərbçiləri 2 fələstinlini yaraladıbackend

İsrail hərbçiləri 2 fələstinlini yaraladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğal altındakı İordan çayının qərb sahilinin şimalında yəhudi məskənlərinə etiraz edən İsrail qüvvələrinin nümayişlərə müdaxiləsi nəticəsində 2 fələstinli yaralanıb, onlarla insan gözyaşardıcı qazdan təsirlənib.

NOCOMMENT.az xəbər verir ki, İsrailin Fələstin ərazilərində qeyri-qanuni məskunlaşmalarına qarşı Nablusun Beyt Decen, Bayta və Karyut, Kalkiyanın Kefr Kaddum şəhərlərində nümayişlər keçirilib.

Aksiya iştirakçıları yəhudi məskənlərinin və İsrailin işğallarına qarşı şüarlar səsləndirib, təkər yandırıblar.

Kefr Kaddumdakı Fələstin Xalq Müqavimət Komitəsinin rəhbəri Murad Şiteivi İsrail qüvvələrinin nümayişlərə müdaxiləsi zamanı 2 nəfərin rezin güllələrlə yaralandığını, onlarla insanın gözyaşardıcı qazdan zərər çəkdiyini bildirib.

NOCOMMENT.AZ