İsrail ordusu Qəzzanı vurdubackend

İsrail ordusu Qəzzanı vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail aviasiyası və tankları Qəzza zolağında HƏMAS-ın hərbi mövqelərinə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.

“Qəzza zolağından İsrail ərazisinə iki raket atıldı. Buna cavab olaraq hərbçilər, döyüş helikopterləri və tanklar Qəzza zolağındakı HƏMAS-ın yeraltı bazalarına və hərbi postlarına zərbələr endirdi. İsrail Müdafiə Qüvvələri vəziyyəti davamlı olaraq qiymətləndirir və ölkənin mülki əhalisinə qarşı yönəlmiş terror fəaliyyətlərinə və suverenliyinin pozulmasına qarşı qətiyyətlə qarşı çıxmağa hazırdır”, – deyə məlumatda bildirilib. Axar.az