İsraildən İrana qarşı genişmiqyaslı zərbələr – Prezidentin iqamətgahını vurdubackend

İsraildən İrana qarşı genişmiqyaslı zərbələr – Prezidentin iqamətgahını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlamanı İsrailin müdafiə naziri İsrail Katz verib.

Onun sözlərinə görə, məqsəd İranın regiondakı hərbi hazırlıqlarını neytrallaşdırmaqdır.

Reuters-in yaydığı məlumatda bildirilir ki, əməliyyat çərçivəsində İran ərazisindəki bir sıra strateji obyektlər hədəfə alınıb. Tehran daxilində güclü partlayış səsləri eşidilib.

Zərbələr paytaxt Tehran da daxil olmaqla müxtəlif bölgələrə endirilib və hədəflər sırasında prezident ofisinin yaxınlığı, eləcə də kəşfiyyat strukturlarına aid obyektlər yer alıb.

İsrail mediası iddia edir ki, İran prezidentinin iqamətgahı və kəşfiyyat qərargahı da daxil olmaqla, ümumilikdə təxminən 30 hədəf vurulub. Bu hədəflərin bir qismi İranın hərbi infrastrukturuna, bir qismi isə strateji komanda və idarəetmə məntəqələrinə aid olub.

Hücumların miqyası və dəqiq zərər barədə İran tərəfindən rəsmi açıqlama hələlik verilməyib. Lakin hadisə bölgədə gərginliyi kəskin şəkildə artırıb və yeni eskalasiya ehtimalını gündəmə gətirib.

Aliyə
NOCOMMENT.az