Paşinyanda ŞOK ETİRAF: “Bakı və Ankara ilə…”backend

Paşinyanda ŞOK ETİRAF: “Bakı və Ankara ilə…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin xarici siyasət kursunda köklü dəyişikliklərin anonsunu verərək, qonşu dövlətlərlə münasibətlərin inkişafını mütləq prioritet elan edib. Baş nazir bəyan edib ki, Ermənistan kənar dəstək axtarmaqdan imtina edərək, regionda dayanıqlı inkişaf naminə Gürcüstan, İran, Türkiyə və Azərbaycanla əməkdaşlığı möhkəmləndirmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, rəsmi İrəvanın Bakı və Ankara ilə əvvəlki dövrlərdə yürütdüyü siyasət ciddi səhvlərlə müşayiət olunub və bu addımlar regionda sabitliyin bərqərar olmasına maneçilik törədib. O, keçmişdəki strateji yanlışlıqları etiraf edərək, regional “3+3” formatında fəal iştiraka maraqlı olduqlarını təsdiqləyib.

Paşinyanın çıxışında nəqliyyat infrastrukturunun blokadadan çıxarılması məsələsi də mərkəzi yer alıb. Baş nazir “Sülh kəsişməsi” (TRIPP) layihəsi və xüsusilə Gümrü–Qars dəmir yolunun bərpası vasitəsilə regionun iqtisadi arteriyalarının açılmasını Ermənistanın gələcək rifahı üçün həyati əhəmiyyətli hesab etdiklərini bildirib.

Sara,
NOCOMMENT.az