İsrailin ABŞ-dakı casus şəbəkəsi ifşa oldubackend

İsrailin ABŞ-dakı casus şəbəkəsi ifşa oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da İsraili tənqid edən mühüm insanları və qurumları susdurmaq üçün təşkil edilən “J-Ventures” adlı qrup, texnologiya şirkətlərinin rəhbərlərindən gələn bir şəbəkədən aldıqları güclə Fələstin tərəfdarlarını qorxutmağa və onların işlərini ələ keçirməyə çalışır. 

NOCOMMENT.az xəbər verir ki, jurnalistlər Cek Poulson və Li Fanq ABŞ-ın Kaliforniya ştatında, Silikon Vadisində bir çox israilli rəhbər və investorların daxil olduğu “J-Ventures Global Kibbutz Group”a müsahibə verib.

Poulson və Fang tərəfindən Substack saytında dərc edilən xəbərə görə, İsrailli iş adamları “fikir mübadiləsi aparıb və düşmənlərini müəyyənləşdiriblər”.

Bu söhbət qrupunda İsrailin Qəzzaya hücumlarını media, akademik və iş dünyasında müdafiə etmək, lobbiçilik fəaliyyətləri və Fələstin tərəfdarı olan şəxslərə və qurumlara təzyiq etmək üçün strategiyalar hazırlanır.