İsrailin müdafiə naziri İsrael Kats “Hizbullah”ın baş katibi Nəim Qasemin zərərsizləşdirilməsi ilə hədələyib.
NOCOMMENT.az xəbər verir ki, nazir bildirib ki, gecə saatlarında İsrail ərazisinin raket və pilotsuz uçuş aparatları ilə atəşə tutulmasından sonra Qasem artıq “aradan götürülməsi üçün işarələnmiş hədəf”ə çevrilib.
İsrael Katsın sözlərinə görə, “Hizbullah” İsrailə qarşı hücumlara görə “ağır bədəl ödəyəcək”. O iddia edib ki, hücum qərarı İranın təzyiqi ilə qəbul olunub və buna görə təşkilat rəhbərliyi məsuliyyət daşıyır.
Nazir həmçinin bəyan edib ki, İranın ali dini lideri Əli Xameneinin “yolu ilə gedən hər kəs tezliklə onun aqibətini paylaşa bilər”.
Hazırda bölgədə gərginlik yüksək olaraq qalır və tərəflər arasında qarşılıqlı bəyanatlar davam edir.
Aliyə
NOCOMMENT.az













