İsrailli fəallar: Yəhudilərin üstünlüyü olan yerdə heç bir demokratiya yoxdurbackend

İsrailli fəallar: Yəhudilərin üstünlüyü olan yerdə heç bir demokratiya yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailli fəallar Benyamin Netanyahu hökumətinin ifrat sağçı siyasətinə etiraz etmək üçün milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evinin yerləşdiyi qeyri-qanuni yəhudi qəsəbəsində nümayiş keçirib.

NOCOMMENT.az xəbər verir ki, etirazçılar şğal altındakı İordan çayının qərb sahilinin Hebron şəhərində qeyri-qanuni yəhudi yaşayış məntəqəsi olan “Kiryat Arba”da İsrail naziri Ben-Qvirin evinin yaxınlığında toplaşıb.

Aksiya iştrakçıları “İtamar Ben Gvir: Milli Terror Naziri”, “İşğal etdik, susduq, işğal olunduq” və “İşğala qarşı birik” yazılmış plakatlar və şüarlarla çıxış ediblər.

“Əl-Xəlil: Ben-Qvir, aparteid və məhkəmə tənzimləmə ünvanı” yazısı olan pankartda etirazçılar bu Fələstin şəhərinin İsrailin qeyri-qanuni yəhudi məskunlaşma siyasətindən ən çox zərər görən yerlərdən biri olduğuna diqqət çəkiblər.

NOCOMMENT.AZ