İstanbulda İŞİD və Əl-Qaidə əməliyyatı keçirildibackend

İstanbulda İŞİD və Əl-Qaidə əməliyyatı keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda terror təşkilatlarına və sosial media vasitəsilə pul toplayan şübhəlilərə qarşı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, sosial şəbəkələr vasitəsilə İŞİD və Əl-Qaidə silahlı terror təşkilatları üçün pul toplayan şəxslər bir-bir tutuldu.

İstanbul Polisi Terrorla Mübarizə Şöbəsi qrupları həmin şəxsləri sosial media vasitəsilə izləyərək ünvanlarını müəyyənləşdirib.

Bir çox rayonlarda eyni vaxtda reydlər keçirilib. 6 şübhəli tutularaq saxlanılıb. Axtarışlar zamanı çoxlu sayda rəqəmsal materiallar və təşkilati sənədlər ələ keçirilib.

NOCOMMENT.AZ