İsveç əhalisi savaşa hazırlaşır: Rusiya ilə müharibə bəyanatları əhalini qorxuya salıbbackend

İsveç əhalisi savaşa hazırlaşır: Rusiya ilə müharibə bəyanatları əhalini qorxuya salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç əhalisi Rusiya ilə mümkün müharibəyə hazırlaşmağa başlayıb və hökumət artıq müvafiq tövsiyələr verir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fransanın “Sud Ouest” portalı məlumat yayıb.

Məqalədə bildirilir ki, vətəndaşlara konservləşdirilmiş qida ehtiyatı toplamaq, həmçinin təcili tibbi yardım çantası, radio və portativ su filtri almaq tövsiyə olunur.

Ümumiyyətlə, ekspertlər hesab edir ki, müharibə şəraitində üç ay öncədən ərzaq ehtiyatı olmalıdır.

Qeyd olunur ki, 2024-cü ilin sonuna qədər isveçlilər xoşagəlməz hadisələr zamanı necə davranacaqlarını göstərən təlimatlar alacaqlar.