İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verdibackend

İsveç parlamenti NATO-ya üzv olmağa razılıq verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç parlamentinin böyük əksəriyyəti NATO-ya qoşulmağı dəstəkləyib.

NOCOMMENT.az xəbər verir ki, parlamentdə keçirilən səsvermədə İsveçin NATO-ya üzv olması 37-nin əleyhinə 269 səslə təsdiqlənib, 43 deputat isə səsvermədə iştirak etməyib.

Səsvermədə Sol Partiya və Yaşıllar Partiyası NATO-ya qoşulmağa qarşı çıxıb.

Qeyd edək ki, İsveçin NATO-ya daxil olması üçün bütün NATO üzvləri İsveçin alyansa daxil olması haqqında protokolu ratifikasiya etməlidir.

Türkiyə Finlandiyanın alyansa daxil olması üçün təsdiq prosesinə başlasa da, İsveç üçün təsdiq prosesinə hələ başlamamışdır.

Belə ki, Türkiyə İsveçdən terroru maliyyələşdirməyi, terror təşkilatlarına adam cəlb etməyi, terror təşkilatlarının təbliğat fəaliyyətlərini dayandırmağı, lazımi tədbirlərin görülməsini və bəzi cinayətkarların ekstradisiyasını tələb edir.

NOCOMMENT.AZ