İsveçdə PKK terror təşkilatı tərəfdarlarından çirkin təxribatbackend

İsveçdə PKK terror təşkilatı tərəfdarlarından çirkin təxribat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçin paytaxtı Stokholmda PKK terror təşkilatının bir qrup tərəfdarı polis nəzarəti altında Türkiyə və NATO əleyhinə nümayiş təşkil edib. O, prezident Ərdoğanın əleyhinə və “NATO-ya yox” şüarları səsləndirib.

NOCOMMENT xəbər verir ki, terror təşkilatı PKK/YPG tərəfdarları İsveçin paytaxtı Stokholmda Medborgarplatsen meydanına toplaşaraq, İsveçin NATO-ya üzvlük prosesi zamanı Türkiyə ilə bağladığı razılaşmanın ləğvini tələb edib.

Əllərində terror təşkilatı PKK/YPG-ni simvolizə edən parçaları olan və lider Abdullah Öcalanın posterini nümayiş etdirən terror təşkilatı tərəfdarları prezident Ərdoğana qarşı şüarlar səsləndiriblər. Terrorçular polis nəzarəti altında İsveç parlamentinə doğru yürüş edərək “NATO-ya yox” şüarları səsləndiriblər.

İsveç polisi terror tərəfdarlarının yürüşünün qarşısını almaq üçün tədbir olaraq yürüş marşrutu üzərindəki yolları qısa müddətə bağlayıb.