İsveçrə peyvəndlə bağlı referenduma gedirbackend

İsveçrə peyvəndlə bağlı referenduma gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrədə peyvəndin məcburi olub-olmaması ilə bağlı referendum keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.

İsveçrə Azadlıq Hərəkatının (MLS) təşəbbüsü ilə başladılan kampaniyada ümumxalq səsverməsi üçün 125 min imza toplanıb.

Baş Nazirlik müraciəti təsdiqləsə də, referendumun nə vaxt keçiriləcəyini açıqlamayıb. Səsvermə müsbət olarsa, COVID-19 peyvəndi və digərlərinin məcburi olmasının qarşısı alınacaq.

MLS tərəfindən irəli sürülən təşəbbüsdə deyilir ki, hər bir fərd öz orqanizminə nə yeridilməsi və ya vurulmaması barədə qərar vermək hüququna malikdir.