İsveçrədən Türkiyəyə DƏSTƏKbackend

İsveçrədən Türkiyəyə DƏSTƏK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveçrə, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş, Qara Dəniz Taxıl Dəhlizi Sazişinin yenilənməsi üçün səyləri dəstəklədiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsveçrə Xarici İşlər Nazirliyi Rusiyanın taxıl dəhlizi sazişindən çıxma qərarı ilə bağlı yazılı açıqlama yayıb.

“İsveçrə Rusiyanın Qara dəniz Taxıl Dəhlizi Sazişi ilə bağlı qərarından (çıxmasından) təəssüflənir və qlobal yemək təhlükəsizliyini təmin etmək üçün yaxın gələcəkdə yenilənəcəyinə ümid edir. Biz Türkiyənin və BMT-nin baş katibi Antonio Quterreşin bu məsələ ilə bağlı yorulmaz səylərini alqışlayır və dəstəkləyirik”, – bəyanatda deyilir.