İtkin düşən balıqçının cəsədi timsahın içindən tapılıbbackend

İtkin düşən balıqçının cəsədi timsahın içindən tapılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyada dostları ilə balıq tutarkən yoxa çıxan 65 yaşlı kişinin meyiti timsahın içərisindən tapılıb.

NOCOMMENT xəbər verir ki, balıqçı Kevin Darmodini sonuncu dəfə şənbə günü duzlu su timsahlarının yaşayış yeri kimi tanınan Şimali Kvinslanın Kennedy’s Bend bölgəsində görüblər.

Polis iki gün ərzində ərazidə axtarış apardıqdan sonra iki böyük timsahı öldürüb və insan qalıqları tapıb. Cəsədin şəxsiyyəti hələ ki, rəsmi olaraq müəyyən edilməyib, lakin polis bunu 65 yaşlı kişinin axtarışlarının “faciəli sonu” kimi təsvir edib.
Timsahlardan yalnız birində insan qalıqları tapılıb, lakin rəsmilər hər iki timsahın əli olduğunu düşünürlər.