Jirinovskinin ölümü ilə bağlı SENSASİON DETALLAR ÜZƏ ÇIXDI – FOTObackend

Jirinovskinin ölümü ilə bağlı SENSASİON DETALLAR ÜZƏ ÇIXDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jirinovskinin səhhəti koronavirusdan öncə pisləşib.

NOCOMMENT.az xəbər verir ki, LDPR lideri Vladimir Jirinovskinin ölümündən sonra bəzi faktlar məlum olub.

Yayılan xəbərlərə görə, onun səhhəti koronavirusa yoluxmamışdan qabaq pisləşib. Jirinovski və oğlu arasında münasibətlər pozulub, daha sonra kəskinləşib. Səbəbləri açıqlanmasa da, məlumdur ki, oğlu adını, soyadını, ata adını, eləcə də ölkəsini dəyişib və bu, onun səhhətinə çox ağır zərbə vurub.

Jirinovskinin oğlu İqor Lebedev atası ilə vidalaşmağa belə gəlməyib, ancaq “Gəlin barışaq” sözləri yazılmış əklil göndərib.

Daha ilginc məlumatlar isə Jirinovski reanimasiyada olarkən barəsində verilən qərarlarla bağlı olub.

Belə ki, Putinin əmri ilə müharibə başa çatdıqdan sonra komada olan Jirinovskinin həyat fəaliyyətini təmin edən aparat və sistemlərdən ayrılması planlaşdırılırdı. Hətta əvvəlcədən razılaşdırılmış simvolik bir tarix də var idi. Bu, 25 aprel Vladimir Volfoviçin doğum günü idi.

Ancaq vəziyyət dəyişib. Müharibənin bitmə tarixi hələ də qeyri-müəyyən olduğu üçün Putin qərarında dəyişiklik edib.

Aprelin 5-də axşam saatlarında Vladimir Putin Prezident Administrasiyası rəhbərinin birinci müavini Sergey Kiriyenko ilə videokonfrans vasitəsilə görüş keçirib.

Jirinovskinin səhhətinin vəziyyəti ilə bağlı müzakirələr zamanı Putin Kiriyenkodan soruşub: “Nə deyirsiz, qoca iblisi hələ də saxlayaq?”

Kiriyenko müsbət cavab verib. Putin isə onu aparatdan ayırmağın vaxtı çatdığını deyib.

“Düşünürəm ki, daha aparatı söndürməyin vaxtıdır. İndi ən yaxşı vaxtdır”, – Putin bildirib.

Liberal Demokrat Partiyasının liderinin ölümündən sonra siyasi dairələrdə baş verən proseslər, prosedurlar və vəziyyətə nəzarətlə bağlı qısa müzakirələrdən sonra Putin Kiriyenkoya Jirinovski ilə bağlı bəzi zarafatlar da edib.

“Qoca davakar olsa da, yaxşı kişi idi”, – Putin əlavə edib.

Rusiya Prezidenti Jirinovski ilə vidalaşmağa gəlib. Putin Jirinovski ilə vidalaşmaq üçün qohumları da daxil olmaqla hamını zaldan çıxarmaq göstərişi verib.

Hətta fəxri qarovul dəstəsinin mərasim zalından çıxarıldığı deyilir. Dmitri Medvedyevin Jirinovski ilə vidalaşdığı aşağıdakı kadrda mühafizəçi, tabutun üzərində isə Rusiya bayrağı var, hansı səbəbdənsə onlar da Putin vidalaşanda orada olmayıb.

Xəbər verdiyimiz kimi, artıq dünən Jirinovski dəfn olunub.

Beləliklə, Putinin “danışan ağızları”ndan biri əbədi yumuldu.