Jurnalistlər binasının baş memarı apellyasiya şikayəti verdibackend

Jurnalistlər binasının baş memarı apellyasiya şikayəti verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli ilə birgə saxlanılaraq cinayət cinayət məsuliyyətinə cəlb edilən, jurnalistlər üçün tikilmiş ikinci və üçüncü yaşayış binasının baş memarı Telman Tahirov apellyasiya şikayəti verib.

NOCOMMENT-in modern.az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə şərti cəza təyin edilən memar müsadirə edilmiş mənzilinin üzərindən həbsin götürülməsini və özünə bəraət verilməsini istəyib. Şikayət Bakı Apellyasiya Məhkəməsinə daxil olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qəbul etdiyi hökmə əsasən Vüqar Səfərli 10 il 6 ay, onunla birlikdə saxlanılan Nadir Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət işi üzrə digər təqsirləndirilənlər – Bünyamin İsmayılov, Ədalət Vəliyev, Namiq Hacıyev, Bəxtiyar Fətullayev, Təmkin Xəlilov, Telman Tahirov, Valeh Orucov, Şahin İbrahimov və Təhminə Yaqubovaya sınaq müddəti seçilməklə şərti cəza verilib.