Kadırov müsəlman dövlətlərinə müraciət etdi: Bunun qarşısı alınmalıdırbackend

Kadırov müsəlman dövlətlərinə müraciət etdi: Bunun qarşısı alınmalıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropada və Qərbdə davam edən Qurani-Kərimin yandırılması aksiyaları vəziyyəti dönüşü olmayan həddə çatdırır.

NOCOMMENT.az xəbər verir ki, bu fikri Çeçenistan rəhbəri Ramzan Kadırov “Telegram” hesabında bildirib.

Onun fikrincə, aksiyaların iştirakçılarının və təşkilatçılarının cəzasız qalması “qondarma demokratik dövlətlərin öz hüquqlarına həqiqi münasibətini nümayiş etdirir”.

Kadırov müsəlman dövlətlərin rəhbərlərini dini bu cür cinayətlərdən qorumaq üçün mümkün olan hər şeyi etməyə çağırıb.

Qeyd edək ki, avqustun 14-də İraqdan olan mühacirlər Salvan Momika və Salvan Najem Stokholmda parlament binası yaxınlığında yerli polisin icazəsilə aksiya keçirərək Quranı yandırıblar.
publika.az