Kahramanmaraşda meşə yanğını nəzarət altına alınıbbackend

Kahramanmaraşda meşə yanğını nəzarət altına alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşın Türkoğlu rayonunda baş verən meşə yanğını qrupların havadan və qurudan müdaxiləsi ilə təxminən 17 saat ərzində nəzarət altına alınıb.

NOCOMMENT xəbər verir ki, dünən günorta saatlarında naməlum səbəbdən meşəlik ərazidə baş verən yanğına 5 helikopter, 3 iş maşını və 120 canlı qüvvə cəlb olunub.

Külək səbəbiylə qısa müddətdə böyüyən yanğın təxminən 17 saat ərzində nəzarət altına alınıb. Yanğında 50 hektara yaxın ərazi zərər görüb.

Komandaların bölgədə soyutma işləri davam edir.