Kamran Əliyev iki rayona prokuror TƏYİN ETDİbackend

Kamran Əliyev iki rayona prokuror TƏYİN ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir və Ağdaş rayonlarına yeni prokurorlar təyin edilib.

Baş Prokurorluqdan NOCOMMENT.az-a verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Ağdaş rayon prokuroru Tural İbrahimov tutduğu vəzifədən azad edilərək Kürdəmir rayon prokuroru təyin edilib.

Digər bir əmrlə isə Anar Əliyev Ağdaş rayon prokuroru təyin olunub.