Kanada Trampın tariflərinə cavab olaraq ABŞ-ın enerji təchizatını kəsməyə hazırdırbackend

Kanada Trampın tariflərinə cavab olaraq ABŞ-ın enerji təchizatını kəsməyə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Ontario əyaləti yeni seçilmiş prezident Donald Trampın Kanada mallarına 25% rüsum tətbiq etmək hədələrinə cavab olaraq ABŞ-a elektrik enerjisini kəsə bilər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə əyalətin baş naziri Daq Forda istinadən CBC telekanalı məlumat yayıb.

“Əgər bu çox uzağa getsə, ən ekstremal tədbirləri görəcəyik. Biz o yerə çatacağıq ki, ABŞ-ın enerji təchizatını kəsəcəyik”, – deyə o vurğulayıb.

O, işlərin bu nöqtəyə çatmasına icazə vermək istəmədiyini, ancaq vəzifəsinin Kanada və Ontario xalqını qorumaq olduğunu açıqlayıb.

Qeyd edək ki, Ontario əyaləti Nyu-York, Miçiqan və Minnesota ştatlarına elektrik enerjisinin əsas ixracatçısıdır. 2023-cü ildə əyalət 1,5 milyon Amerika evini elektrik enerjisi ilə təmin edib.