Kanadada 155 min dövlət qulluqçusu tətil elan etdibackend

Kanadada 155 min dövlət qulluqçusu tətil elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada federal hökumət idarələrində çalışan 155 min dövlət məmuru hökumət və həmkarlar ittifaqı arasında aparılan danışıqlarda razılığa gələ bilmədiyi üçün tətilə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Kanada Dövlət Xidmətləri Assosiasiyasının (PSAC) prezidenti Kris Aylvard Ottavada keçirdiyi mətbuat konfransında bu barədə məlumat verib.

Üzvlərinin tətilinin bu gün yerli vaxtla saat 12:01-də başladığını qeyd edən Aylvard deyib: “Aramızda hələ də məsafələr var, lakin biz hələ də ümidli olduğumuz üçün masa arxasında qalırıq. Məqsədimiz razılığa gəlməkdir. Üzvlərimiz yaxşı, layiqli və ədalətli kollektiv sövdələşmə üçün mübarizə aparmağa hazırdır” deyə açıqlama verib.

Ölkə daxilində 250-dən çox tətil xətti quracaqlarını ifadə edən Aylvard, danışıqlar masasında müzakirə edilən məsələlərin təfərrüatlarını açıqlamayacağını, lakin əsas məsələlər həll olunana qədər birliyin tətilə davam edəcəyini bildirib.

NOCOMMENT.AZ