Kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldübackend

Kanalizasiya quyusuna düşən vəzifəli şəxs öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Biləsuvarda kanalizasiya quyusuna düşən vəzifəli şəxs ölüb.

NOCOMMENT.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə bu gün şəhərin mərkəzi küçələrindən birində baş verib.

Belə ki, bir nəfər Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşı kanalizasiya quyusundakı problemi aradan qaldırmaq üçün quyuya düşüb. Daha sonra o quyuda boğulma təhlükəsi ilə üzləşib. Bu zaman orada olan “JEK”in müdir müavini Allahyar Əsgərov işçisini xilas etmək üçün quyuya enib. Lakin A.Əsgərov əməkdaşı xilas etmək istəyərkən özü quyuda yaranmış qazdan boğularaq ölüb.

Qeyd edək ki, A.Əsgərovun 60 yaşında və ürək problemi olduğu bildirilir.

Digər şəxsin həyatı isə xilas edilib. Hazırda onun vəziyyətinin kafidir.

Faktla bağlı araşdırma aparılır.