“Kapital Bank”ın strukturu dəyişibbackend

“Kapital Bank”ın strukturu dəyişib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” ASC-nın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.

 

NOCOMMENT “Report”a istinadla xəbər verir ki, Bankın İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova Təşkilati inkişaf ofisinin lideri vəzifəsinə, İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavinin Aygün Musayeva Təşkilati inkişaf ofisinin Performansın idarə edilməsi departamentinin direktoru vəzifəsinə, Müştəri təcrübəsi sahəsinin lideri Fərid İslamov Müştəri dəyərləri ofisinin lideri vəzifəsinə, Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Agile ekspert mərkəzinin lideri Zaur Cəlilov Müştəri dəyərləri ofisinin Müştəri təcrübəsi sahəsinin lideri, Risklərin idarə edilməsi departamentinin direktoru Ağarza Baxşıyev Risk ofisinin lideri vəzifəsinə, Kredit Anderraytinqi departamentinin direktoru Nicat Rəsulov Biznes kredit riskləri və informasiya təhlükəsizliyi ofisinin lideri vəzifəsinə, Texnoloji həllər üzrə lider Fərid Səmədov isə Texnoloji həllər ofisinin lideri vəzifəsinə təyin olunub.