Keçmiş deputatın məhkəmədə dindirilməsi tələb edilibbackend

Keçmiş deputatın məhkəmədə dindirilməsi tələb edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələb edilib.

NOCOMMENT report-a istinadən xəbər verir ki, bu barədə rüşvət almaqda təqsirləndirilən Bakı şəhər Prokurorluğunun sabiq müstəntiqi Samir Kərimov və ehtiyatda olan polis zabiti Ramin Talıbovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində vəsatət qaldırılıb.

Belə ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən S.Kərimov bir neçə vəsatətlə çıxış edib.

S.Kərimov həmçinin cinayət işi üzrə istintaqı aparan müstəntiq Nürəddin Qasımovun məhkəmədə dindirilməsini istəyib.

Onun sabiq Baş nazirinin birinci müavini olmuş Abbas Abbasovun oğlu, keçmiş deputat Aydın Abbasovun məhkəmədə dindirilməsi tələbi ilə bağlı vəsatəti təmin olunmayıb.

Elan olunub ki, təqsirləndirilən şəxsin şahidlədirin dindirilməsinidən sonra ifadə verməsi ilə bağlı vəsatəti təmin olunub.

Daha sonra digər təqsirləndirilən Ramin Talıbovun vəkili də vəsatətlə çıxış edib. O söyləyib ki, cinayət işi üzrə əsas şahidlər dindiriləndən sonra müdafiə etdiyi şəxsin dindirilməsi təmin olunsun.

Məhkəmə vəkilin bu vəsatətini də təmin edib.

Daha sonra prokuror cinayət işi üzrə ittiham aktını elan edib.

İttihama görə, Bakı şəhər Prokurorluğunun müstəntiqi olmuş S.Kərimov və keçmiş sahə inspektoru R.Talıbov Yasamal rayonunda hindistanlılardan 300 min dollar pul tələb ediblər. Son nəticədə isə 20 min manat pul alıblar.

İstintaq sənədlərinə görə, S.Kərimov Hindistan vətəndaşları – Sham Das Ghanshamdas, Raj Kumar Wadhqwani Anıl, Kishor Sindhi, Naresh Shanti Kumar, Vikram Singh Rajpurohit, Venkatesh Kadrı, Bhojwani Dhiraj, Ashok Kumar, Ananthakrıshnan Balasubramaniandan rüşvət alıblar.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Məhkəmədə ittihama münasibət bildirən hər iki təqsirləndirilən şəxs özlərini təqsirli bilməyiblər.

Daha sonra S.Kərimovun vəkili Kamandar Nəsibov çıxış edib. O, A.Abbasovun oğlu Aydın Abbasovun məhkəmədə dindirilməsi vəsatətinin təmin edilməsini istəyib:

“Aydın Abbasovun göstərişi əsasında bu cinayət işi başlanıb. Onun sifarişi ilə prokurorluq və daxili işlər orqnalarına ləkə vurulmaq məqsədi ilə bu iş qurulub. Cinayət işi başlanılmamışdan əvvəl Aydın Abbasov Zakir Qaralovun yanında olub, onun göstərişi ilə bu cinayət işi başlanılıb. Biz hesab edirik ki, Hindistan vətəndaşları burada dindirilsin. Bundan sonra təqsirləndirilən şəxs ifadə verəcək”.

Məhkəmə qərar qəbul edib və bildirilib ki, əvvəlcə şahidlərin dindirilməsi həyata keçiriləcək, daha sonra təqsirləndirilən şəxslər ifadə verəcək, sonda isə işdə olan sübutalar araşdırılacaq.

Növbəti proses noyabrın 14-də davam edəcək.