Keçmiş polis rəisi həbs edildibackend

Keçmiş polis rəisi həbs edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ üzvü olduğu iddiası ilə 7 il axtarışda olarkən Ankarada saxlanılan sabiq polis rəisi həbs edilib.

NOCOMMENT.az xəbər verir ki, Ankara Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan araşdırma nəticəsində, FETÖ Silahlı terror təşkilatına üzv olmaq cinayətinə görə axtarışda olan və 2016-cı ildən axtarışda olan işdən çıxarılan polis rəisi Ergin Doğru əməliyyat zamanı Keçiören rayonunda yaxalanıb.

Əməliyyat şöbələrində kritik vəzifələr yerinə yetirən və sözügedən terror təşkilatı tərəfindən “təşkilata sadiq” olaraq kodlanan Doğrunun Bylock kripto kommunikasiya proqramından istifadə etdiyi və Bank Asyada hesablarının olduğu müəyyən edilib.

Yaxalanmamaq üçün xarici görkəmini dəyişdiyi aşkarlanan Doğrunun telefon daşımadığı və davamlı olaraq ünvanını dəyişdiyi anlaşılıb.

Polis bölməsindəki əməliyyatlardan sonra ədliyyəyə sövq edilən Doğru hakimlik tərəfindən tutularaq həbsxanaya göndərilib.