Türkiyədə FETÖ əməliyyatı – 91 nəfər saxlanıldıbackend

Türkiyədə FETÖ əməliyyatı – 91 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə FETÖ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat keçirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlayıb.

Məlumata görə, “Kıskaç-10” kod adı altında aparılan əməliyyatın gedişində FETÖ üzvü olmaqda şübhəli 91 nəfər saxlanılıb. Beş gün davam edən əməliyyat İstanbul, Ankara, İzmir, Antalya, Bursa kimi böyük şəhərlər də daxil olmaqla, Türkiyənin 30 vilayətində keçirilib./Yenisabah.az/