AZCON Holdinq-in tərkibində fəaliyyət göstərən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətində (MMC) yeni kadr təyinatı reallaşıb.
NOCOMMENT.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, *Kənar Əsgərzadə* “BakuBus” MMC-nin daxili auditoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, “BakuBus” MMC paytaxtın ictimai nəqliyyat sistemində əsas operatorlardan biri kimi fəaliyyət göstərir və AZCON Holdinqin idarəçiliyi altındadır. Yeni təyinatın şirkətin daxili nəzarət və audit mexanizmlərinin gücləndirilməsi istiqamətində atılan addımlardan biri olduğu bildirilir.
Aliyə
NOCOMMENT.az











