Keniyada yol qəzasında 15 nəfər ölüb, 45 nəfər yaralanıbbackend

Keniyada yol qəzasında 15 nəfər ölüb, 45 nəfər yaralanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada Nakuru və Eldoret şəhərləri arasındakı magistral yolda baş verən qəzada azı 15 nəfər ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “Citizen Digital” məlumat yayıb.

Bildirilib ki, Nayrobi istiqamətində hərəkət edən mikroavtobusdakı bütün sərnişinlər ölüb. Ölənlər arasında 7 uşaq da var.

Daha 7 nəfər ağır yaralanıb, 38 nəfər isə yüngül xəsarətlərlə xəstəxanaya çatdırılıb.