Kəskin gözlərə sahib olmağın sirləribackend

Kəskin gözlərə sahib olmağın sirləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mütəxəssislər görmə qabiliyyətinin  güclü olmasında yediyimiz qidaların önəmli olduğunu açıqlayıblar.

NOCOMMENT.az xəbər verir ki, alimlər damarları qoruyan, göz qurluşu üçün zəruri qan dövranını təmin edə bilən, A və C vitamini ilə zəngin olan qidaları qida rasionunuza daxil etməyi məsləhət görürlər.

Göz üçün faydalı və önəmli qida kökdür. Bu tərəvəz beta-karotenlə və gecə korluğunun qarşısını alan A vitamini ilə olduqca zəngindir.

C vitamini ilə zəngin olan qaragilə meyvəsi görmə qabiliyyəti üçün olduqca faydalıdır. Bu meyvə uzun müddət televiziya seyrindən və dizüstü kompüterdə işləyəndən sonra yaranan yorğunluğu aradan qaldırmağa kömək edir.

Katarakta riskini və yaş artıqca yarana biləcək korluğu aradan qaldırmağa kömək edən qidalardan biri də ispanaqdır.  Bundan başqa görmə qabiliyyətini yaxşılaşdırmaqda  A və C vitamini ilə zəngin toyuq yumurtası və portağalın da əvəzsiz rolu vardır.