“İnsana texnologiya yox, insan hücum edir”.
NOCOMMENT.az bildirir ki, bu fikirləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin Maarifləndirmə və təhqiqat sektorunun müdiri Esmira Qasımova qeyd edib.
O vurğulayıb ki, müxtəlif sosial platformalarda uşaqlar, böyüklər kiberbullinqə məruz qala bilir:
“Buna qarşı ən güclü mübarizə isə maarifləndirmədir. İnsana texnologiya yox, insan hücum edir. Qurumlararası əməkdaşlıq önəmlidir, xüsusilə də media sahəsində. Burada ailə institutlarının da üzərinə böyük məsuliyyət düşür, onlar nəzarətçi, bələdçi olmalıdır”.









