Kılıçdaroğlu: Mən terror təşkilatları ilə heç vaxt oturmamışambackend

Kılıçdaroğlu: Mən terror təşkilatları ilə heç vaxt oturmamışam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezidentliyə namizəd, CHP sədri Kamal Kılıçdaroğlu, “Bu gözəl ölkədə ədalətin, bolluğun, sülhün bərqərar olması üçün daha milyonlarla vətənpərvər insana çatmamız lazımdır. Bu 10 gündə bütün gücümüzü bu sahədə sərf edəcəyik” dedi.

NOCOMMENT xəbər verir ki, Kılıçdaroğlu, partiyasının ümumi mərkəzində təşkil etdiyi mətbuat konfransında, 14 Mayın geridə qaldığını söylədi.

“28 Mayda yenidən cümhuriyyətimiz, dövlətimiz, millətimiz üçün çox əhəmiyyətli bir seçki keçirəcəyik” deyən Kılıçdaroğlu, 28 Mayda iki namizədin, iki fərqli anlayışın sanki varmış kimi millətlə sıfırdan qarşılaşacağını xatırladıb.

Vəzifələrindən birinin həqiqəti cəmiyyətə çatdırmaq olduğunu dilə gətirən Kılıçdaroğlu ilk turda ona inanan və dəstək verən 25 milyon seçici başda olmaqla, səs verən bütün vətəndaşlara təşəkkür edib.