Kimsə hücuma cəhd etsə, İran sərt cavab verəcəkbackend

Kimsə hücuma cəhd etsə, İran sərt cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran müharibəyə başlamayacaq, amma kimsə hücum etməyə cəhd etsə, ona sərt cavab veriləcək”.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri İran Prezidenti İbrahim Rəisi səsləndirib. Rəisi bildirib ki, İranın hərbi gücü özünümüdafiə məqsədi daşıyır və region ölkələri üçün təhlükə mənbəyi deyil.

“Biz dəfələrlə bəyan etmişik ki, İran müharibə başlatmayacaq, lakin tiranlara qəti və mötəbər cavab verəcək. Əvvəllər İranla danışmaq istəyəndə hədələyici ifadələr işlədirdilər, məsələn, hərbi variant masada idi. İndi isə belə sözləri eşitmirik. Əksinə, hətta müharibə istəmədiklərini də deyirlər. Bu gün İslam İnqilabı Keşikçiləri Korpusunun sərgisini ziyarət etdim.

Qeyd etmək istərdim ki, elit qüvvələrimizin və ekspertlərimizin bir çox yenilikləri o qədər dəyərlidir ki, düşmən heç vaxt inanmayacaq. Bunların hamısı ölkənin hava, dəniz və quru müdafiəsini gücləndirmək və təhlükəsizliyi təmin etmək məqsədi daşıyır”.