KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölübbackend

KİV: Krımdakı hərbi bazanın vurulması nəticəsində general da daxil olmaqla 10 hərbçi ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın ilhaqı altında olan Krım yarımadasında Belbek aerodromuna raket hücumu nəticəsində Rusiya ordusunun generalı Aleksandr Tatarenko ölüb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki,bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, generaldan başqa, daha 9 hərbçi ölüb.

Ukrayna Hərbi Hava Qüvvələrinin sözçüsü Yuqi İqnat da hücum nəticəsində itkilərin olduğunu söyləyib. O, həmçinin Rusiyanın 3 təyyarəsinin sıradan çıxdığını deyib.

Qeyd edək ki, fevralın 1-də Krım yarımadasında Belbek aerodromuna raket hücumu olub. Nəticədə 80 159 saylı hərbi hissənin rabitə məntəqəsində yanğın başlayıb. Yanğının 30 kvadratmetr ərazini əhatə etdiyi bildirilib.