Kivinin inanılmaz faydalarıbackend

Kivinin inanılmaz faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəhvəyi qabığı və yaşıl meyvəsi ilə son illərdə ən populyar qidalardan olan kivi olduqca xeyirlidir. Beləliklə, C vitamini ilə zəngin, ürək sağlamlığı üçün faydalı olan kivinin faydaları nələrdir?

NOCOMMENT.az zəngin qida qaynağı olan kivinin faydasını sizə təqdim edir.

Vitamin C
Mütəxəssislərin tövsiyə etdiyi C vitamini ehtiyacının 2,5 qatını ehtiva edir və bu vitamin yaşlanmaya təsir etməklə yanaşı, immunitet sisteminin güclənməsində mühüm rol oynayır.

Kalium
Kalium ürəyin müntəzəm işləməsi, beyinə oksigen vermək və qan təzyiqini tarazlıqda saxlamaq üçün vacib bir mineraldır.
Ürək ritmini sürətləndirən fəaliyyətlərdə kaliumun kifayət qədər qəbul edilməsi vacibdir.

Antioksidan
Kivi – ürək xəstəliyi, xərçəng və iflic riskini azaldan antioksidanla zəngin bir meyvədir.

Lif
Həzm sistemini tənzimləməkdə daha faydalıdır

Aşağı qlisemik indeks
Hətta diabet xəstələrinin yeyə biləcəyi bu meyvədə yağ yoxdur və karbohidrat dərəcəsi çox aşağıdır. Qlisemik indeksi 52 olduğuna görə qan şəkərini qaldırmır.

Vitamin E
Kivi – dəridə, xolesterolda və immunitet sistemində mühüm yer tutan E vitamini ilə zəngindir.

Maqnezium
1 Kivi özündə 15 mg maqnezium ehtiva edir. Tərkibindəki maqnezium sinir sistemi və əzələ sistemi üçün olduqca faydalıdır.

Fol turşusu
B vitamini növü olan fol turşusu hamiləlik və böyümə mərhələlərində lazımdır. Kivi bu ehtiyacın 10% -ni qarşılayır.

Sink
Həzm sistemin üçün faydalı olan sink saç, diş sağlamlığı və dəri gözəlliyində də mühüm rol oynayır.

Lutein
Bu maddə ilərləyən yaşlarda meydana çıxan göz xəstəliklərinin qarşısını almağa kömək edir.