Kiyev ballistik raketinin uçuş məsafəsi məlum olubbackend

Kiyev ballistik raketinin uçuş məsafəsi məlum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada sınaqdan keçirilə biləcək Kiyevin ilk ballistik raketinin uçuş məsafəsi 600 kilometrdən çoxdur. 

NOCOMMENT.az-ın məlumatına görə, “Insider UA” Telegram kanalı xəbər verir ki, raketin parametrlərini Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak müsahibəsində açıqlayıb.

“Prezidentin dediyi kimi 600-700 [kilometr]”, – Podolyak raketin uçuş məsafəsi ilə bağlı sualı cavablandırarkən qeyd edib.

Avqustun 27-də Ukrayna prezidenti Vladimir Zelenski Kiyevin ilk ballistik raketini sınaqdan keçirdiyini açıqlayıb . Hərbi ekspert, birinci dərəcəli kapitan Vasili Dandıkinin fikrincə , raket Sovet “Toçka-U” taktiki kompleksi əsasında yaradıla bilərdi. Təkərli şassi üzərindəki “Toçka” buraxılış qurğusu atəş məsafəsi 120 kilometrə qədər olan bir raket və 480 kiloqrama qədər döyüş başlığı daşıyır.

Həmin ay hərbi ekspert Aleksey Leonkov qeyd etdi ki, Rusiya zenit-raket sistemləri ballistik raketləri vurmağa qadirdir.