Kiyevdən qəti mövqe – Rus layihəsi tamamlanmayacaqbackend

Kiyevdən qəti mövqe – Rus layihəsi tamamlanmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya sahillərindən Baltik dənizi ilə Almaniyaya gedən Şimal Axını-2 qaz kəməri tamamlanmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.

“Şimal Axını-2 layihəsinin tamamlanacağı ilə bağlı iddialar səsləndirilir. Fikrimcə, bu cür iddialar üçün heç bir əsas yoxdur.

Bu, qeyri-iqtisadi bir layihədir. Təbii ki, Ukrayna zərər görəcək, çünki qaz tranziti həcmi əhəmiyyətli dərəcədə azalacaq, lakin təhlükəsizlik üçün Rusiyanın Avropada artan nüfuzu barədə daha geniş danışmalıyıq. Çox şey AB-dəki tərəfdaşlarımızdan asılıdır”, – Şmıqal qeyd edib./axar.az