Köçəryan: Türkiyə ilə münasibətləri yoluna qoymalıyıqbackend

Köçəryan: Türkiyə ilə münasibətləri yoluna qoymalıyıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan gərək Türkiyə ilə münasibətlərin yoluna qoyulması üçün danışıqlar aparsın.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik komitəsinin rəhbəri Andranik Köçəryan deyib.

“Həmişə demişəm ki, Türkiyə ilə danışmaq lazımdır. Hətta Qarabağdakı birinci müharibə dövründə biz onlarla danışmışıq.

Hətta Serj Sarkisyan dövründə futbol oynanılıb. Bu normaldır. Danışmaq atəş açmaqdan daha yaxşıdır. Düşünürəm ki, bizim xarici siyasət qurumumuz buna cavab tapmalıdır”, – deyə o bildirib.