Komitə Novosibirskdə azərbaycanlının öldürülməsinə münasibət bildiribbackend

Komitə Novosibirskdə azərbaycanlının öldürülməsinə münasibət bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi Rusiyanın Novosibirsk şəhərində azərbaycanlının öldürülməsi barədə məlumatlara münasibət bildirib.

Dövlət Komitəsinin Mətbuat Xidmətindən NOCOMMENT-ə bildirib ki, bununla bağlı informasiya həqiqəti əks etdirmir.

“Bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə infoteka24 teleqram kanalına istinadən yayılan videoda Novosibirskdə daha bir azərbaycanlının öldürülməsi ilə bağlı məlumat verilib. Bildiririk ki, yayılan məlumat həqiqəti əks etdirmir və Ermənistan xüsusi xidmət orqanlarının dezinformasiyasıdır.

Heç bir əsası olmayan bu cür informasiyanın Azərbaycanda da yayılması təəssüf hissi doğurur. İnfoteka24 teleqram kanalı bu məlumatı ötən gecə yeniləyib, onun Qazaxıstanda baş verdiyini qeyd edib. Lakin hadisənin təfərrüatı ilə bağlı heç bir dəqiq məlumat yoxdur.

Mətbuata müraciət edərək, mövzunun həssaslığını nəzərə almalarını, belə məlumatları heç bir rəsmi mənbəyə əsaslanmadan yaymamalarını xahiş edirik. Əlavə məlumat olduqda ictimaiyyətə çatdırılacaq”, – deyə Dövlət Komitəsindən qeyd edilib.