Konqresdəki gecikmə Ukraynanı məhvə aparırbackend

Konqresdəki gecikmə Ukraynanı məhvə aparır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Konqresindəki gecikmə Ukraynadakı döyüş meydanına ciddi təsir göstərir”.

NOCOMMENT.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib:

“Ukraynanın sursata ciddi ehtiyacı var. ABŞ Konqresində gecikmə hər gün döyüş meydanında ciddi təsirlərə yol açır. Mən alyans üzrə son sorğumuzu yayımladım. Bu, Atlantik okeanının hər iki tərəfindəki ölkələrin üçdə ikisinin Ukraynaya dəstəyini davam etdirməsini arzuladığını göstərir. Biz həmçinin bilirik ki, Konqresdə böyük əksəriyyət davamlı dəstəyin tərəfdarıdır. İndi bu ictimai və siyasi dəstəyin səsvermədə ifadəsini tez bir zamanda görməliyik”.

Bildirib ki, Ukraynanın sursatı tükənir və Birləşmiş Ştatların yardım etməsi vacibdir.