Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin məbləğı açıqlanıbbackend

Koronavirusla Mübarizəyə Dəstək Fonduna nə qədər ianə edilib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirusla Mübarizəyə Dəstək Fonduna indiyədək köçürülən ianənin məbləği məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu günə kimi Fonda 112 849 265 manat vəsait köçürülüb. İanə köçürən şəxslər arasında 3150 hüquqi, 10 508 fiziki şəxs var.

Xatırladaq ki, Koronavirusla Mübarizəyə Dəstək Fondu Prezident İlham Əliyevin fərmanı ilə martın 19-da yaradılıb.

Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.