Kosovodan Rusiya və Belarusa qarşı əlavə sanksiyabackend

Kosovodan Rusiya və Belarusa qarşı əlavə sanksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kosovo hökuməti Ukrayna müharibəsinə görə artıq Rusiya və Belarusa qarşı tətbiq etdiyi sanksiyaları sərtləşdirməyə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Kosovonun baş naziri Albin Kurtinin sədrliyi ilə keçirilən iclasda Kosovonu Avropa İttifaqı (Aİ) və ABŞ-ın yeni sanksiyalarına uyğunlaşdıran əlavə sanksiyalar səsə qoyulub.

Yeni sanksiyaları hökumətə təqdim edən Kosovanın xarici işlər və diaspor naziri Donika Gervalla-Şvars sanksiyaların Rusiyanın Ukraynaya təcavüzünə cavab olduğunu və Belarusun bu təcavüzü dəstəklədiyini bildirib.

NOCOMMENT.AZ