Kreml: Baydenin təklifi köhnədi, Putin əvvəl demişdibackend

Kreml: Baydenin təklifi köhnədi, Putin əvvəl demişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Co Baydenin kiberhücumlarla bağlı beynəlxalq qaydaların yaradılması yönündə açıqlaması müsbət siqnaldır.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov deyib.

Peskov bildirib ki, daha əvvəl Vladimir Putin də belə bir təkliflə çıxış etmişdi: “Bu, Rusiyanın köhnə təklifidir. Təəssüf ki, o zamanlar Amerika tərəfindən dəstəklənmədi”.

Qeyd edək ki, C.Bayden kibertəhlükəsizlik sahəsində beynəlxalq standartların yaradılması gərəkdiyini ifadə edib.